Azərbaycan Respublikasının Rabitə və İnformasiyaTexnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi FonduAzərbaycan Rabitəsinin yaranmasının 130 illik yubileyi ilə əlaqədar
jurnalistlər arasında keçiriləcək yazı müsabiqəsinin
ELANI
Müsabiqənin məqsədi
Müsabiqənin məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, İKT sahəsində ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək, İKT mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.
Müsabiqənin mövzuları
- Medianın inkişafında İKT-nin rolu
- Azərbaycan telekommunikasiyası inkişaf yolunda
- Azərbaycanda İKT-nin inkişafı və informasiya təhlükəsizliyinin təminatı
- Azərbaycan poçtunun dünəni və bugünü
- Azərbaycanda informasiya cəmiyyəti quruculuğu: elektron hökümət
- Azərbaycanda kosmik sənayenin inkişaf perspektivləri
- Azərbaycan virtual məkanda: milli maraqlarımızı necə təmin edək
Müsabiqədə iştirak
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1.Yazı elan edilmiş mövzulardan birinə uyğun olmalıdır (Elan olunmuş mövzuların sərlövhələrinin dəyişdirilməsinə yol verilmir).
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Yazıda "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
5. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir) və elektron (Times New Roman şriftində - 12, diskdə) variantları təqdim olunmalıdır.
6. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır.
7. Yazılar şəxsən 05 noyabr 2011-ci il tarixdən 01 dekabr 2011-ci il tarixədək, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim olunmalıdır.
Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.
Əlaqə telefonları: 537 19 41; 537 19 45.
Tələb olunan sənədlər
1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti.
2. Şəxsi VÖEN və surəti.
3. Şəxsi bank rekvizitləri.
4. Şəxsiyyət vəsiqəsi və surəti
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
İştirakçı haqqında məlumat (müəllif tərəfindən doldurulur):
|
1. |
Yazının aid olunduğu istiqamət |
|
|
1. |
Adı, soyadı, atasının adı |
|
|
1. |
Mətbuatda təxəllüsü (əgər varsa) |
|
|
1. |
Ünvanı və poçt indeksi
|
|
|
1. |
-iş telefonu |
|
|
1. |
-ev telefonu |
|
|
1. |
-mobil telefonu |
|
|
1. |
-elektron poçt ünvanı |
|
Şəxsin imzası ________________
Sənədlərin təqdim olunma tarixi:"____"__________ 2011-ci il
Qiymətləndirmə meyarları:
- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
I yer - 1000 manat
II yer - 800 manat
III yer - 600 manat
Həvəsləndirici mükafat - 300 manat
Qaliblər həmçinin Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
![]()