
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının
növbəti iclası keçirilmişdir
1 fevral 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının
növbəti iclası keçirilmişdir.
İclasda bir məsələ - Novruz bayramı münasibətilə Fondun növbəti fərdi jurnalist
yazıları müsabiqəsinin mövzuları müzakirə edilmişdir. Fondun icraçı direktoru Vüqar
Səfərli müsabiqə mövzularının seçilməsini Müşahidə Şurası üzvlərinə təklif etmişdir.
Sonra Müşahidə Şurasının üzvləri müsabiqə mövzularını geniş müzakirə etmiş, fikir
və təkliflərini bildirmişlər. Müzakirələrin yekunu kimi Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş
10 istiqamət üzrə 30 mövzu müəyyənləşdirilmiş və səsvermə yolu ilə təsdiq
edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2012-ci il Novruz Bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin
ELANI
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:
|
№ |
İstiqamətin adı |
Təklif olunan mövzular
|
|
1. |
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi |
1) Söz azadlığı və jurnalistlərin peşə davranışı normaları: xarici və yerli təcrübə 2) Jurnalistlərin informasiya əldə etmək hüququnun qanunverici əsasları 3) Kütləvi informasiya vasitələrində cəmiyyətin informasiya təhlükəsizliyinin qorunması
|
|
2. |
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
|
1) Xocalı soyqırımı – insanlığa və bəşəriyyətə qarşı cinayət 2) Qondarma "erməni soyqırımı” iddiaları tarixi saxtalaşdırmaq cəhdidir 3) Dağlıq Qarabağ həqiqətləri qlobal informasiya məkanında
|
|
3. |
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
|
1) İnkişafın Azərbaycan modeli: regionların sosial-iqtisadi inkişafı 2) Regionların tarixi məşğulluq ənənələri bərpa olunur (Konkret rayonun nümunəsi əsasında) 3) Azərbaycanda nəhəng infrastruktur layihələri regional inkişafa təkan verir
|
|
4. |
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
|
1) Novruz milli birlik bayramıdır 2) Novruz ənənələri ümumbəşəri dəyərlər sistemində 3) Türkdilli xalqların Novruz ənənələri: oxşarlıqlar və fərqli cəhətlər
|
|
5.
|
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı |
1) 2012-сi il "İdman ili”dir: fiziki və mənəvi kamilləşməyə aparan yol 2) Azərbaycan idmançıları beynəlxalq olimpiya hərəkatında 3) Azərbaycanı dünyada tanıdan xüsusi istedadlı gənclər
|
|
6. |
İctimai və dövlət maraqlarının qorunması |
1) İctimai maraqların təminatına yönəlmiş dövlət siyasəti: müasir Azərbaycan təcrübəsi 2) Azərbaycan 2020: gələcəyə baxış - məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir 3) Dövlət maraqlarının müdafiəsi və vətəndaş təəssübkeşliyi
|
|
7. |
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi
|
1) 2011-ci il Azərbaycan xarici siyasətində tarixi nailiyyətlər ili oldu 2) Azərbaycan regionun və Avropanın mühüm enerji təminatçısıdır 3) Azərbaycan beynəlxalq təşkilatlarda milli maraqlarını uğurla təmin edir
|
|
8.
|
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi |
1) Azərbaycançılıq ideologiyası: tarixdən müasirliyə 2) Xaricdəki diaspor təşkilatlarımız Azərbaycanı necə tanıdır 3) Milli birlik və həmrəyliyə xidmət edən dövlət siyasəti |
|
9.
|
Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu |
1) İnsan hüquqlarının təminatı ali məqsəddir (27 dekabr 2011-ci il tarixli "İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı” əsasında) 2) Vətəndaş cəmiyyətinin inkişafında qeyri - hökumət təşkilatlarının rolu 3) Ədalət mühakiməsinin səmərəli təşkilinə xidmət edən məhkəmə-hüquq islahatları
|
|
10.
|
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi |
1) Azərbaycanda milli və dini tolerantlığın tarixi inkişaf mərhələləri 2) Azərbaycan sivilizasiyalararası dialoq məkanıdır 3) Vicdan azadlığı və milli təhlükəsizlik maraqları
|
Müsabiqədə iştirak
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Yazı Fond tərəfindən elan edilmiş istiqamətin birinə uyğun olmalıdır (dərc olunmuş yazıların
sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır).
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının
tərtib etdiyi "qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazıların qəbul qaydaları
1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə
2. Yazının Elektron variantı (Times New Roman (12) şriftində -CD diskdə) 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə
4. Yazıların həcmi : 1 səhifə (A3) olmalıdır (9-11 min işarə),
Tələb olunan sənədlər
1.Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)
2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə) ,
3. Şəxsiyyət vəsiqəsi və surəti,
4.Şəxsi VÖEN və surəti ,
5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı).
Qeyd : İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət edə bilərsiniz.
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların qəbulu 02 fevral 2012-ci il tarixində başlayır , 06 mart 2012-ci il tarixdə başa çatır (06.03.2012 yazıları təqdim etmək üçün sonuncu tarixdir).
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
Hər istiqamət üzrə 3 qalib müəyyən edilir
2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri üçündür,
1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.
Hər istiqamət üzrə maksimum 25 bal müəyyən olunur.
15-dən aşağı bal toplayan iştirakçı qalib ola bilməz.
Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar.
Müsabiqənin nəticələri martın 20-dək elan olunacaq.
İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):
|
Yazının istiqaməti |
|
|
Yazının adı |
|
|
Müəllifin Adı, soyadı, atasının adı |
|
|
Mətbuatda təxəllüsü (əgər varsa) |
|
|
İşlədiyi KİV |
|
|
Vəzifəsi |
|
|
Yazının dərc olunduğu mətbuat orqanı |
|
|
Ünvanı və poçt indeksi
|
|
|
-iş telefonu |
|
|
-ev telefonu |
|
|
-mobil telefonu |
|
|
-elektron poçt ünvanı |
|
Şəxsin imzası ________________ Baş redaktorun imzası ________________
M.Y.
Sənədlərin təqdim olunma tarixi:"____"__________ 2012-ci il
Ünvan : Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.
Əlaqə telefonları: (012) 537 19 41; (012) 537 19 45;
Elektron ünvan : info@kivdf.gov.az , kivdf.info@gmail.com , kivdf@yahoo.com
Sayt : www.kivdf.gov.az
![]()