XƏBƏRLƏR30.12.2011

2012-ci ilin I yarımili üçün KİV layihələrinin maliyyələşdirilməsilə bağlı keçirilən müsabiqənin nəticələri açıqlandı !



image
30 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şura­sı­nın növ­bəti iclası ke­çi­ril­­mişdir. Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə iclasın gündəliyində 2012-ci ilin I yarımili üçün KİV layihələrinin maliyyələşdirilməsilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi məsələsinin dayandığını bildirmişdir.

Küt­ləvi İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direk­­toru Vüqar Səfərli Müşahidə Şurasının 5 dekabr 2011-ci il tarixli qərarı ilə müsabiqənin şərtlərində müəyyən dəyişikliklərin edildiyini xatırlatmışdır. Fondun icraçı direktoru bildirmişdir ki, bu dəyişikliklərlə maliyyə yardımının ayrılması üçün qəzetlərin tirajının 1500-dən 2000-ə, gündəlik yayımının 500-dən 750-ə qaldırılması şərti irəli sürülmüşdür. Həmçinin bil­dirmişdir ki, dekabrın 6-dan 29-dək Fonda 31 qəzet layihə təklifi ilə müraciət etmişdir.

Vüqar Səfərli Fondun ekspertlərinin 2011-ci ilin II yarımilində apardıqları monitorinqlərin nəticələrinə əsasən, maliyyə vəsaiti ayrılmış bəzi qəzetlərdə müqavilə şərtlərinin pozulduğunu konkret faktlar əsasında Müşahidə Şurası üzvlərinin diqqətinə çatdırmışdır.

Sonra layihə təklifləri Fondun Müşahidə Şurasının müzakirəsinə çıxa­rılmışdır. Müşahidə Şurasının üzvləri qəzetlərə maliyyə vəsaitinin ayrılması zamanı onların bundan əvvəl layihələrin icrasında yol verdikləri ciddi nöqsan və qüsurların nəzərə alınması vacibliyini vurğulamışlar. Eyni zamanda, Fondun xəbərdarlıqlarına baxmayaraq belə qüsur və çatışmazlıqları aradan qaldırmayan qəzetlərə qarşı gələcəkdə sərt sanksiyaların tətbiqi ilə bağlı təkliflər səsləndirilmişdir.

Müzakirələrin yekunu olaraq son 1 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 750 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlərə maliyyə yardımının ayrılması məqsədəuyğun sayılmışdır. Eyni zamanda, maliyyə vəsaitlərinin ayrılması zamanı bəzi qəzetlərin yol verdiyi nöqsan və qüsurlar nəzərə alınmışdır.

Müzakirələrdən sonra Müşahidə Şurasının üzvləri Fondla imzaladığı müqavilənin şərtlərinə əməl edən 28 qəzetə maliyyə yardımının ayrılması ilə bağlı qərar qəbul etmişlər.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələri­nin İnkişafına Dövlət Dəstəyi Fondunun 2012-ci ilin I yarısında maliyyə yardımı ayırdığı qəzetlərin siyahısı

Qəzetin Adı

AYRILACAQ

MƏBLƏĞ

1.

"Yeni Azərbaycan” qəzeti

50 000

2.

"Səs” qəzeti

50 000

3.

"Kaspi” qəzeti

50 000

4.

"Mövqe” qəzeti

50 000

5.

"Ədalət” qəzeti

50 000

6.

"Ayna-Zerkalo” qəzeti

50 000

7.

"525-ci” qəzet

50 000

8.

"Bakı-Xəbər” qəzeti

50 000

9.

"Yeni Müsavat” qəzeti

50 000

10.

"Olaylar” qəzeti

40 000

11.

"Paritet” qəzeti

30 000

12.

"Palitra” qəzeti

30 000

13.

"Azadlıq” qəzeti

30 000

14.

"Paralel” qəzeti

30 000

15.

"Həftə İçi” qəzeti

30 000

16.

"Azad Azərbaycan” qəzeti

30 000

17.

"Şərq” qəzeti

30 000

18.

"Xalq Cəbhəsi” qəzeti

30 000

19.

"Futbol+Qol” qəzeti

30 000

20.

"Üç Nöqtə” qəzeti

20 000

21.

"Novoye Vremya” qəzeti

20 000

22.

"Olimpiya Dünyası”qəzeti

15 000

23 .

"Oxu Məni” qəzeti

10 000

24.

"Azernews” qəzeti

10 000

25.

"Reytinq” qəzeti

8 000

26.

"İqtisadiyyat” qəzeti

5 000

27.

"Təhsil Problemləri” qəzeti

5 000

28.

"The Business Times” qəzeti

5 000







Bu yazı 1557 dəfə oxunmuşdur.