
Dekabrın 7-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərbaycan rabitəsinin 130 illiyi münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin yekunları ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə nazirliyin və onun ayrı-ayrı strukturlarının rəhbərləri, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov tədbiri giriş sözü ilə açaraq Azərbaycan rabitəsinin 130 illiyinin respublika miqyasında geniş qeyd olunduğunu, dövlət başçısının sərəncamları əsasında bu sahənin inkişafında müstəsna xidmətləri olan bir qrup əməkdaşın yüksək fəxri adlara layiq görüldüyünü bildirmişdir. Fondla nazirliyin birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin yekunlaşdığını və qaliblərin müəyyənləşdiyini diqqətə çatdıran İltimas Məmmədov demişdir ki, belə tədbirlərin keçirilməsi mətbuat nümayəndələri ilə nazirliyin qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da inkişafına, habelə cəmiyyətin rabitə sahəsində islahatlar və yeniliklər barədə obyektiv məlumatlandırılmasına xidmət edir. Nazir müavini qalibləri təbrik etməklə yanaşı, ölkə jurnalistlərinin rabitə sahəsində islahatların ictimaiyyətə çatdırılmasında bundan sonra da fəallıq göstərəcəklərinə əminliyini bildirmişdir.
Fondun icraçı direktoru Vüqar Səfərli çıxışında Azərbaycan rabitəsinin 130 illik yubileyini ölkə əhəmiyyətli hadisə kimi dəyərləndirərək bu münasibətlə nazirliyin çoxsaylı kollektivini səmimi təbrik etmiş, ölkə başçısının müvafiq sərəncamları ilə fəxri adlara layiq görülmüş rabitəçilərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra müsabiqənin yekunları barədə məlumat verən Vüqar Səfərli noyabrın 4-dən dekabrın 1-dək Fonda ümumilikdə 42 yazının təqdim olunduğunu bildirmişdir. Fondun icraçı direktoru, həmçinin müsabiqənin 7 istiqamət üzrə keçirildiyini, hər istiqamət üzrə 3 qalibin müəyyənləşdirildiyini, 10 yazı müəllifinin isə həvəsləndirici mükafata layiq görüldüyünü tədbir iştiraçılarının diqqətinə çatdırmışdır. Vüqar Səfərli müsabiqə şərtlərinə görə I yerin qalibləri üçün 1000 manat, II yerin qalibləri üçün 800 manat, III yerin qalibləri üçün 600 manat, eləcə də 10 həvəsləndirici yerin qaliblərinin hər biri üçün 300 manat mükafatın nəzərdə tutulduğunu bildirmişdir.
Daha sonra tədbirdə iştirak edən bir sıra qəzetlərin baş redaktorları və nazirliyin rəhbər şəxsləri fəxri diplom və pul mükafatlarını müsabiqə qaliblərinə təqdim etmişlər. Mükafatlandırma mərasimindən sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, «İki Sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Aztelekom» İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məhəmmədov qalibləri təbrik etməklə yanaşı, kütləvi informasiya vasitələri il rabitə strukturları arasında normal münasibətlərin daha da inkişaf etdirilməsi vacibliyini qeyd etmişlər.
Tədbirin sonunda Fondun icraçı direktoru Vüqar Səfərli belə bir müsabiqənin təşkilinə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Müsabiqənin nəticələri:
I İSTİQAMƏT
Medianın inkişafında İKT-nin rolu.
|
№ |
Müəllifin adı |
Müəllifin işlədiyi KİV |
ORTA BAL |
|
|
1 |
Vəlibəyov Ramil Vaqif oğlu |
"Yeni Azərbaycan” qəzetinin Məsul redaktoru |
37 |
|
|
2 |
Quliyev Namiq Abbasqulu oğlu |
"Bakı-Xəbər” qəzetinin müxbiri |
35 |
|
|
3
|
Cürənov Ramiz Mikayıl oğlu |
"Lent.az” İnformasiya Agentliyinin müxbiri |
32 |
II İSTİQAMƏT
Azərbaycan telekommunikasiyası inkişaf yolunda.
|
№ |
Müəllifin adı |
Müəllifin işlədiyi KİV |
ORTA BAL |
|
|
1 |
Vəliyev Fariz Əhməd oğlu |
"Mövqe” qəzetinin şöbə müdiri |
39 |
|
|
2 |
Sarıyeva İradə Murad qızı |
"Bakı-Xəbər” qəzetinin müxbiri |
35 |
|
|
3
|
İbrahimov Əli Zülfüqar oğlu |
"Həftə içi” qəzetinin müxbiri |
34 |
|
|
4
|
Məmmədova Aytən Alik qızı |
"Şabran” qəzetinin xüsusi müxbiri |
26 |
|
|
5
|
Əhmədov Yusup Seyid oğlu |
"Paralel” qəzetinin baş redaktorun müavini |
24 |
III İSTİQAMƏT
Azərbaycanda İKT-nin inkişafı və informasiya təhlükəsizliyinin təminatı.
|
№ |
Müəllifin adı |
Müəllifin işlədiyi KİV |
ORTA BAL |
|
|
1 |
Məmmədova Xuraman İsmayıl qızı |
"İki sahil” qəzetinin şöbə müdiri |
38 |
|
|
2 |
Ibadov Tural Qabil oğlu |
"Palitra” Qəzetinin müxbiri |
35 |
|
|
3
|
Cəfərov Alahverdi Aydın oğlu |
"Zaman” qəzetinin müxbiri |
34 |
|
|
4 |
Nəsibova Xanım Hopal qızı |
"Kür” qəzetinin müxbiri |
31 |
|
|
5 |
İsabalayeva Həqiqət Qismət qızı |
"Kaspi” qəzetinin müxbiri |
29
|
|
|
6 |
Rzayeva Məlahət Əli qızı |
"Şərq” qəzetinin müxbiri |
27 |
|
|
7
|
Məmmədova Nigar İbadağa qızı |
"Qafqazinfo” İ.A müxbiri |
23 |
IV İSTİQAMƏT
Azərbaycan poçtunun dünəni və bugünü.
|
№ |
Müəllifin adı |
Müəllifin işlədiyi KİV |
ORTA BAL |
|
|
1 |
Şahverdiyev Cavid Nadir oğlu |
"Xalq Cəbhəsi” qəzetinin müxbiri |
42 |
|
|
2 |
Abbaslı Tahir Tapdıq oğlu |
"Paralel” qəzetinin müxbiri |
39 |
|
|
3 |
Həmidli Səxavət Nazim oğlu |
"Mərkəz” qəzetinin müxbiri |
38 |
|
|
4
|
Namazov Elçin Sabir oğlu |
"İki Sahil” qəzetinin bölmə müdiri |
34 |
|
|
5
|
Hüseynli Alim Ziyadxan oğlu |
"Olaylar” qəzetinin müxbiri |
33 |
|
|
6
|
Şirinov Şahin Şirin oğlu |
"Futbol+Qol” Qəzetinin müxbiri |
31 |
|
|
7
|
Hüseynova Gültəkin Knyaz qızı |
"Azadlıq” Qəzetinin Müxbiri |
31 |
|
|
8
|
Səfərova Samirə Məmmədhənifə qızı |
"Bakı-Xəbər” qəzetinin redaktoru |
30 |
|
|
9 |
Hüseynzadə Fuad Abı oğlu |
"Paritet” qəzetinin müxbiri |
29 |
|
|
10 |
Verdizadə Seymur Vaqif oğlu |
"Reytinq” qəzetinin redaktoru |
28 |
V İSTİQAMƏT
Azərbaycanda informasiya cəmiyyəti quruculuğu: elektron
hökümət.
|
№ |
Müəllifin adı |
Müəllifin işlədiyi KİV |
ORTA BAL |
|
|
1 |
Qasımov Seymur Tosif oğlu |
"Şərq” qəzetinin müxbiri |
34 |
|
|
2 |
Hacıyev Tamxil Ziyəddin oğlu |
"Bütöv Azərbaycan qəzetinin baş redaktoru |
33 |
|
|
3
|
Canbaxışlı Nahid Baxşəli oğlu |
"Həftə içi” qəzetinin müxbiri |
31 |
|
|
4
|
Nəbiyeva Ülkər Fərhad qızı |
"525- ci” qəzetinin müxbiri |
30 |
VI İSTİQAMƏT
Azərbaycanda kosmik sənayenin inkişaf perspektivləri
|
№ |
Müəllifin adı |
Müəllifin işlədiyi KİV |
ORTA BAL |
|
|
1 |
Quliyev Cəmaləddin Həsən oğlu |
"Paritet” qəzetinin baş redaktoru |
43 |
|
|
2 |
Məmmədov Fərhad Həsən oğlu |
"Yeni Müsavat” qəzetinin şöbə müdiri |
36 |
|
|
3
|
Nəsirli Akif Sovet oğlu |
"Paralel” qəzetinin baş redaktorun müavini |
35 |
|
|
4
|
Süleymanov Rəşad Məhəmməd oğlu |
APA İnf.Agentliyi müxbir |
34 |
|
|
5
|
Bayramov Rasim Məzahir oğlu |
"Mövqe” qəzetinin redaktoru |
31 |
|
|
6
|
Kazımov Xalid Vahid oğlu |
"Üç Nöqtə” qəzetinin müxbiri |
31 |
|
|
7
|
Əhmədova İradə Məmməd qızı |
"Olaylar” qəzetinin redaktoru |
30 |
|
|
8
|
Abdullayeva Nigar Nizami qızı |
"Palitra” Qəzetini Müxbiri |
29 |
VII İSTİQAMƏT
Azərbaycan virtual məkanda: milli maraqlarımızı necə təmin edək.
|
№ |
Müəllifin adı |
Müəllifin işlədiyi KİV |
ORTA BAL |
|
|
1 |
Həsənov Vaqif Cəlil oğlu |
"Bakı-Xəbər” qəzetinin redaktoru |
39 |
|
|
2 |
Ağayev İlkin Ağahüseyn oğlu |
"Palitra” qəzetinin müxbiri |
37 |
|
|
3
|
Camal Aqil Tapdıqoğlu |
"Türküstan” qəzetinin baş redaktoru |
35 |
|
|
4
|
Abbasov Pərvin Əkbər oğlu |
"Lent.az” İnformasiya Agentliyinin müxbiri |
33 |
|
|
5
|
Mustafayev Əziz Salam oğlu |
"Zaman” qəzetinin müxbiri
|
30 |
Həvəsləndirici mükafatlar
1. Süleymanov Rəşad Məhəmməd oğlu APA İnformasiya Agentliyinin
Müxbiri
2. Namazov Elçin Sabir oğlu "İki Sahil” qəzetinin bölmə müdiri
3. Abbasov Pərvin Əkbər oğlu "Lent.az” İnformasiya Agentliyinin
Müxbiri
4. Hüseynova Gültəkin Knyaz qızı "Azadlıq” qəzetinin müxbiri
5. Bayramov Rasim Məzahir oğlu "Mövqe” qəzetinin redaktoru
6. Hüseynli Alim Ziyadxan oğlu "Olaylar” qəzetinin müxbiri
7. Nəbiyeva Ülkər Fərhad qızı "525- ci” qəzetinin müxbiri
8. Kazımov Xalid Vahid oğlu "Üç Nöqtə” qəzetinin müxbiri
9. Şirinov Şahin Şirin oğlu "Futbol+Qol” qəzetinin müxbiri
10. Nəsibova Xanım Hopal qızı "Kür” qəzetinin müxbiri
KIVDF
informasiya xidməti

![]()