Sarıyeva İradə

Na­dir və nəs­li kə­sil­mək təh­lü­kə­sin­də olan flo­ra növ­lə­ri­nin mü­ha­fi­zə­si...

Rus ali­mi Ana­to­li Mi­xi­yev Qa­ra­bağ­da ye­ni bit­ki­ni - zəngçi­çə­yi­ni "kəşf" edib

Pər­va­nə Qa­ra­xa­ni: "Bə­zi bit­ki­lər er­mə­ni­lər­lə bir tor­paq­da ya­şa­ma­ğı qü­ru­ru­na sı­ğış­dır­ma­yıb "in­ti­har" edə bi­lər"

İn­san­la­rın və­tə­ni, qo­hum-əq­ra­ba­sı, ya­xı­nı-ya­dı ol­du­ğu ki­mi, bit­ki­lə­rin də var. Bit­ki­lər də qür­bət acı­sı çə­kir, yad nə­fəs­lər­dən da­rı­xır, ya­ğı çək­mə­lə­ri al­tın­da əzi­lir, kə­dər­lə­nir, əza­ba dü­çar olur. Əv­vəl­lər yaş­lı adam­lar de­yən­də ki, ağac­lar, gül­lər, ot­lar, bit­ki­lər nə­fəs alır, ət­raf­da baş ve­rən­lə­ri du­yur, in­san­la­ra al­qış və qar­ğış edir, bu­na inan­maq is­tə­mir­dik, elə bi­lir­dik ki, on­lar na­ğıl, əf­sa­nə da­nı­şır. An­caq mü­tə­xəs­sis­lər­lə söh­bət za­ma­nı de­yi­lən­lə­rin qu­ru söz ol­ma­dı­ğı­nı an­la­dıq. Doğ­ru­dan da bit­ki­lər da­nı­şır, gü­lür, ağ­la­yır, in­san­la­rı təh­lü­kə­dən qo­ru­yur. Azər­bay­can tor­paq­la­rın­da bi­tən bit­ki­lər də ey­ni hisslə­ri ya­şa­yır. Elə bit­ki­lər-flo­ra növ­lə­ri var ki, məhv ol­ma təh­lü­kə­si­lə üz­lə­şib. Vax­tın­da on­la­rın mü­ha­fi­zə­si təş­kil olun­ma­sa, "bit­ki­lə­rin ölü­mü­nə" tə­bi­ət bir­də­fə­lik yas tut­ma­lı ola­caq. Və­tə­ni­mi­zin tə­bi­ə­tin­də bi­tən flo­ra növ­lə­ri də qo­run­ma­sa, qay­ğı­sı çə­kil­mə­sə ana­lo­ji və­ziy­yət­lə qar­şı­la­şa bi­lər. Na­dir və nəs­li kə­sil­mək təh­lü­kə­sin­də olan flo­ra növ­lə­ri­nin mü­ha­fi­zə­si rəs­mi qu­rum­la­rı da, mü­va­fiq el­mi və ic­ti­mai təş­ki­lat­la­rı da cid­di dü­şün­dür­mə­li­dir. Mə­lu­mat­la­ra gö­rə, ha­zır­da Azər­bay­can tə­bi­ə­tin­də çox­lu say­da nəs­li kə­sil­mək təh­lü­kə­si­lə üz­lə­şən bit­ki nö­vü var. 1989-cu il­də nəşr olu­nan Azər­bay­can Res­pub­li­ka­sı­nın "Qır­mı­zı Ki­tab"ın­da nəs­li tü­kən­mək təh­lü­kə­sin­də olan 140 bit­ki nö­vü­nün adı qeyd edi­lib. Qeyd edək ki, Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 24 mart 2006-cı il ta­rix­li 1368 nöm­rə­li Sə­rən­ca­mı ilə "Azər­bay­can Res­pub­li­ka­sın­da bi­o­lo­ji müx­tə­lif­li­yin qo­run­ma­sı və da­vam­lı is­ti­fa­də­si­nə da­ir Mil­li Stra­te­gi­ya və Fə­a­liy­yət Pla­nı" təs­diq edil­miş, onun 1.1.3-cü bən­din­də 2009-cu il­də "Qır­mı­zı Ki­tab"ın II nəş­ri nə­zər­də tu­tul­muş­dur. Əl­də et­di­yi­miz mə­lu­ma­ta gö­rə, "Qır­mı­zı ki­tab"ın II cil­di­nə na­dir və nəs­li kə­sil­mək təh­lü­kə­sin­də olan 338 bit­ki­nin adı sa­lı­na­caq.

Azər­bay­can tə­bi­ə­ti öz zən­gin­li­yi ilə kö­nül ox­şa­sa da, eko­lo­ji ta­raz­lı­ğın po­zul­ma­sı, böl­gə­lər­də bit­ki­lər alə­mi­nə elə də bö­yük qay­ğı gös­tə­ril­mə­mə­si flo­ra növ­lə­ri­mi­zi cid­di təh­lü­kə ilə üz-üzə qo­yur.

Na­dir və nəs­li kə­sil­mək­də olan flo­ra növ­lə­ri­nin han­sı sə­viy­yə­də mü­ha­fi­zə olun­du­ğu Azər­bay­can Res­pub­li­ka­sı Eko­lo­gi­ya və Tə­bii Sər­vət­lər Na­zir­li­yi­nin he­sa­bat­la­rın­da öz ək­si­ni ta­pır. Am­ma ha­zır­da iş­ğal al­tın­da olan Dağ­lıq Qa­ra­bağ və ət­raf ra­yon­la­rın flo­ra­sı ba­rə­də ge­niş mə­lu­mat­lar yox­dur. Bu­nu nə­zə­rə ala­raq Qa­ra­ba­ğın na­dir və nəs­li kə­sil­mək­də olan flo­ra növ­lə­ri­ni araş­dır­dıq. On­la­rın dü­nən­ki və­ziy­yə­ti, bu gü­nü haq­da bil­gi­lər əl­də et­mə­yə ça­lış­dıq. Uğu­ru­mu­za nə çıx­dı­sa, onu da si­zin­lə bö­lü­şə­cə­yik.

Öz nə­za­rə­ti­miz­də olan tor­paq­la­rı­mız­da bə­zi bit­ki növ­lə­ri­nin və­ziy­yə­ti­nin kri­tik ol­du­ğu bil­di­ri­lir­sə, on­da gö­rün, er­mə­ni iş­ğa­lın­da olan Dağ­lıq Qa­ra­ba­ğın flo­ra­sı­nın və­ziy­yə­ti ne­cə ağır­dır. On­lar ba­rə­də əli­miz­də ət­raf­lı mə­lu­mat ol­ma­sa da, zəbt olun­muş tor­paq­la­rı­mı­zın ba­şı­na gə­ti­ri­lən oyun­lar bit­ki ör­tü­yü­nün ne­cə bö­yük fə­la­kə­tə dü­çar ol­du­ğu­nu dü­şün­mə­yə əsas ve­rir.

Keç­mi­şə nə­zər sal­saq de­yə bi­lə­rik ki, bu­ra­da bi­tən yüz­lər­lə ağac, gül-çi­çək, ot və s. növ­lə­ri­nin dün­ya­da ana­lo­qu ol­ma­yıb. Elə bit­ki­lər var ki, yal­nız Qa­ra­bağ­da bi­tir­di. Bu fi­kir­lə­ri keç­miş za­ma­na aid et­mə­yi­miz bəl­li mə­sə­lə­dən do­ğur. Bu gün nə­in­ki o tor­pa­ğın di­dər­gin sa­kin­lə­ri, hət­ta adi və­tən­daş­lar be­lə Qar­bağ flo­ra­sı­nın er­mə­ni daş­nak­la­rı­nın əlin­də sa­la­mat qa­la­ca­ğı­na inan­mır. Tor­paq­lar yan­dı­rı­lır­sa, me­şə­lə­rə od vu­ru­lur­sa bit­ki­lə­rin də çox his­sə­si­nin əv­vəl­ki və­ziy­yət­də qal­ma­sı şüb­hə do­ğu­rur. Qa­ra­bağ tor­pa­ğı iş­ğal olu­nar­kən, əha­li­si di­dər­gin düş­mə­yib. Onun flo­ra­sı, bit­ki­lər alə­mi də iş­ğa­la mə­ruz qa­lıb və yad nə­fəs­lə­ri duy­duq­ca acı­lar çə­kir. 20 ilə ya­xın­dır ki, Qa­ra­bağ flo­ra­sın­dan bir xə­bər yox­dur. Yer­li bo­ta­ni­ka alim­lə­ri­nin əlin­də olan mə­lu­mat­lar isə iş­ğa­la qə­dər­ki döv­rü əks et­di­rir. Mü­tə­xəs­sis­lər­lə söh­bət za­ma­nı mə­lum olur ki, tap­daq­da olan yurd yer­lə­ri­mi­zin bit­ki alə­mi­nin ha­zır­kı ta­le­yi Al­lah ümi­di­nə qa­lıb. On­la­rı qo­ru­sa, yal­nız Ya­ra­dan qo­ru­ya bi­lər. Əsir­lik­də olan, er­mə­ni çək­mə­lə­ri al­tın­da əzi­lən flo­ra növ­lə­ri ba­rə­də ge­niş mə­lu­ma­ta keç­məz­dən əv­vəl qeyd et­mək is­tə­yi­rik ki, "Qır­mı­zı ki­tab"ın ikin­ci cil­din­də Qa­ra­bağ flo­ra­sı haq­da ye­ni mə­lu­mat ve­ril­mə­yə­cək. Çün­ki Qa­ra­bağ ya­ğı qay­na­ğın­da­dır, bu sə­bəb­dən də alim­lə­ri­mi­zin aya­ğı o tor­pa­ğa də­yə bil­mir.

Mü­tə­xəs­sis­lə­rin söz­lə­ri­nə gö­rə, Qa­ra­bağ­da, Kəl­bə­cər­də, La­çın­da elə zən­gin bit­ki­lər alə­mi möv­cud olub ki, dün­ya­nın heç ye­rin­də onun tək­ra­rı yox­dur. Heç Azər­bay­can əra­zi­sin­də də o bit­ki­lə­rin ço­xu­na rast gə­lin­mir. Çün­ki on­lar en­de­mik­dir, yə­ni sırf o tor­pa­ğa uy­ğun­dur.

Azər­bay­can Mil­li Elmlər Aka­de­mi­ya­sı (AMEA) Bo­ta­ni­ka İnsti­tu­tu­nun əmək­daş­la­rı bil­di­rir ki, əmə­kö­mə­ci­ki­mi­lər fə­si­lə­si­nə aid olan sağ­sa­ğan gül­xət­mi­si an­caq Yu­xa­rı Qa­ra­bağ - Şu­şa, Xan­kən­di şə­hər­lə­ri ət­ra­fın­da, Sax­sa­ğan da­ğı və Cı­dır dü­zün­də bi­tir­di. Yal­nız Zən­gi­lan ra­yo­nu Pir­çe­van kən­din­də bi­tən və na­dir en­de­mik növ olan Zən­gi­lan gə­və­ni, elə­cə də bu ra­yo­nun Sa­ğar da­ğı ətə­yin­də gö­yə­rən Ağ­şü­a­lı dağ­çi­çə­yi­nə baş­qa böl­gə­lər­də rast gə­lin­mir.

Da­ra­la­göz ste­no­te­ni­ya­sı­na Xan­kən­di­nin Da­şal­tı kən­din­də, en­de­mik növ olan gö­zəl tə­kə­saq­qa­la isə Əs­gə­ran ra­yo­nu Top­xa­na me­şə­sin­də rast gə­li­nir­di. Ağı­riy­li Ar­dıc, Araz pa­lı­dı ki­mi ağac növ­lə­ri də an­caq iş­ğal olun­muş Zən­gi­lan­da bi­tir­di. Əf­sa­nə­vi Şərq çi­na­rı da Qa­ra­ba­ğın Cəb­ra­yıl, Zən­gi­lan və di­gər yer­lə­rin­də qo­ru­nur­du.

Fi­şer Şternber­gi­ya­sı da Fü­zu­li, Ağ­dam, Şu­şa tor­pa­ğı­na xa­rak­te­rik idi. Yo­xa çıx­maq­da olan Kuz­net­sov əs­mə­ri­nə an­caq Cə­nu­bi Qa­ra­bağ­da tə­sa­düf olu­nur­du. Azər­bay­can­da yal­nız Zən­gi­lan­da bi­tən Şo­ran­yer Qar­ğa­so­ğa­nı da en­de­mik növ­dür. En­de­mik nö­və aid olan Qa­ra­bağ dağ­la­lə­si də baş­qa böl­gə­lər­də bit­mir. Sa­yı məh­dud olan Uzun­yar­paq toz­baş səh­lə­bə əv­vəl­lər Xan­kən­di ət­ra­fın­da rast gə­li­nər­di. Fü­zu­li ra­yo­nu­nun Döv­lət­kər­lı əra­zi­sin­də bi­tən Qaf­qaz Xə­di­cə­gü­lü də Qa­ra­bağ tor­pa­ğı­nın bağ­rın­da bi­tir­di. Na­dir bit­ki olan Gö­zəl te­le­ki­ya­sı Kəl­bə­cər ra­yo­nu­nun Yu­xa­rı Ay­rım kən­din­də, çox az rast gə­li­nən Tək­dən­li buğ­da isə Xan­kən­di, Şu­şa­kənd, Şu­şa və La­çın­da be­cə­ri­lir­miş. Tü­kən­mək­də olan en­de­mik növ-Şi­mit dağ­la­lə­si Xo­ca­vənd ra­yo­nu, Ku­ro­pak­tin kən­di, Qa­ra­çul da­ğı, Şu­şa­nın Top­xa­na me­şə­si, Cəb­ra­yıl ra­yo­nu­nun Sol­tan­lı kən­di­nə xa­rak­te­rik­dir. Qa­ra dov­şa­nal­ma­sı yal­nız Zən­gi­la­nın Ağ­bə­dən kən­din­də olub. İş­ğa­la qə­dər­ki dövrdə yox ol­maq təh­lü­kə­si qar­şı­sın­da olan na­dir növ Adi me­şə­gi­la­sı La­çı­nın Əy­ri­dağ, Ağ­də­rə­nin Şır­şır da­i­rə­sin­də, Qır­mı­zı du­bul­qa isə an­caq Şu­şa­da-Da­şal­tın­da bi­tib. Gi­lə­li qa­ra­çöh­rə­yə Fü­zu­li­nin Do­mu kən­din­də, Və­ləs­yar­paq aza­ta isə Xan­kən­di, Şu­şa ət­ra­fın­da, Fü­zu­li ra­yon­la­rın­da tə­sa­düf olu­nur­du. Alp vud­si­ya­sı Cəb­ra­yı­lın Xo­ca-əlif tə­bii sər­hə­din­də olur­du. Qa­ra­bağ­da bi­tən bit­ki­lə­rin sa­yı, çe­şi­di heç də təq­dim et­di­yi­miz si­ya­hı ilə məh­dud­laş­mır. Ora­da hə­lə nö­vü mü­əy­yən­ləş­mə­miş yüz­lər­lə bit­ki var­dı.

Bir nü­an­sı da nə­zə­ri­ni­zə çat­dı­raq ki, ötən əs­rin 70-ci il­lə­ri­nin son­la­rın­dan Qa­ra­bağ əra­zi­si­nin flo­ra­sı­nı öy­rə­nən alim­lə­rin bö­yük ək­sə­riy­yə­ti bir çox bit­ki­lə­rin nəs­li kə­sil­mək təh­lü­kə­sin­də ol­du­ğu­nu bil­di­rir­di. Əsas prob­lem­lər­dən bi­ri isə yer­li əha­li­nin mal-qa­ra­sı­nın, qo­yun-qu­zu­su­nun o bit­ki­lə­ri kor­la­ma­sı idi. Bo­ta­nik­lər qeyd edir­di ki, o bit­ki­lə­rin müm­kün qə­dər mü­ha­fi­zə­si hə­ya­ta ke­çi­ril­mə­li­dir. O tor­paq­lar iş­ğal edil­məz­dən əv­vəl na­dir və nəs­li kə­sil­mək­də olan bit­ki növ­lə­ri­nin ar­tı­rıl­ma­sı, ya­yıl­ma­sı, qo­run­ma­sı is­ti­qa­mə­tin­də cid­di təd­bir­lər gö­rü­lür­dü. İn­di isə o bit­ki­lər öz və­tə­nin­də mə­nə­vi di­dər­gin öm­rü ya­şa­yır. Bəl­kə də "gə­lin bi­zi xi­las edin" - de­yə ha­ray çə­kir­lər. Heyf ki, səs­lə­ri­ni eşi­də bil­mi­rik. Çün­ki o səs dağ­la­rın ar­xa­sın­da bu­rul­ğa­na dü­şüb bo­ğu­lur.

Mü­tə­xəs­sis­lər de­yir ki, tor­paq­la­rı­mız iş­ğa­la mə­ruz qal­dı­ğın­dan, ora­da nə baş ver­di­yin­dən xə­bər­lə­ri yox­dur. Heç er­mə­ni alim­lə­ri də Qa­ra­ba­ğın flo­ra­sın­dan da­nış­maq is­tə­mir. Bu­ra­da ki­fa­yət qə­dər na­dir və nəs­li kə­sil­mək təh­lü­kə­sin­də olan flo­ra növ­lə­ri­nin ol­du­ğu­nu bil­di­rən mü­tə­xəs­sis­lə­rin söz­lə­ri­nə gö­rə, er­mə­ni alim­lə­ri bu bit­ki­lə­rin və­ziy­yə­ti­ni öy­rə­nib dün­ya elm ic­ti­ma­iy­yə­ti­nə mə­lu­mat ver­mək­də ma­raq­lı de­yil. Bo­ta­nik­lə­rin bil­dir­di­yi­nə gö­rə, er­mə­ni alim­lə­ri o bit­ki­lə­rin on­la­ra aid ol­ma­dı­ğı­nı yax­şı bil­di­yin­dən bu ad­dı­mı at­maq­dan çə­ki­nir.

AMEA-nın Bo­ta­ni­ka İnsti­tu­tu­nun di­rek­to­ru Va­li­də Əli-Za­də bil­dir­di ki, bu ya­xın­lar­da Ame­ri­ka­nın Qaf­qaz öl­kə­lə­rin­də na­dir en­dem bit­ki­lər üz­rə la­yi­hə­si olub, on­lar da hə­min la­yi­hə­də iş­ti­rak edib. Ora­da qeyd edib­lər ki, Azər­bay­can əra­zi­si olan Qa­ra­bağ tor­pa­ğı er­mə­ni­lər tə­rə­fin­dən iş­ğa­la mə­ruz qal­dı­ğın­dan, ora­nın flo­ra­sı haq­da ye­ni mə­lu­mat yox­dur. V.Əli-Za­də bil­di­rir ki, er­mə­ni alim­lə­ri bi­zim flo­ra­ya qay­ğı gös­tər­mir: "Er­mə­ni alim­lə­ri bi­zim flo­ra haq­da heç bir mə­lu­mat ver­mir. Bi­zim də əli­miz­də ye­ni mə­lu­mat­lar ol­ma­dı­ğın­dan, dün­ya ic­ti­ma­iy­yə­ti­nə in­for­ma­si­ya ver­mi­rik. Tor­paq­lar iş­ğal­da ol­du­ğun­dan, Qa­ra­bağ­da bi­tən na­dir və nəs­li kə­sil­mək­də olan bit­ki­lə­ri mü­ha­fi­zə edə bil­mi­rik. Açı­ğı, on­la­rın ta­le­yin­dən ni­ga­ra­nıq. Er­mə­ni alim­lə­ri ora­da təd­qi­qat apar­ma­sa da, bə­zi rus alim­lə­ri, giz­li şə­kil­də də ol­sa, bu məq­səd­lə iş­ğal al­tın­da olan böl­gə­lə­rə ge­dir. Bir müd­dət əv­vəl Ru­si­ya Elmlər Aka­de­mi­ya­sı­nın üz­vü Ana­to­li Mi­xi­ye­vin Ru­si­ya­nın "Bo­ta­ni­ka" jur­na­lın­da bir ya­zı­sı çap olun­muş­du. Mə­qə­lə­də o, Qa­ra­bağ­da tap­dı­ğı na­dir növ Zəngçi­çə­yin­dən bəhs edir­di. Mi­xi­yev ya­zır­dı ki, gu­ya bu çi­çə­yi ötən əs­rin 80-ci il­lə­rin­də ta­pıb­mış. Be­lə­dir­sə, gö­rə­sən o bu bit­ki haq­da ni­yə in­di da­nı­şır? Mən on­dan so­ruş­dum ki, Siz hə­qi­qə­tən də Qa­ra­ba­ğa get­mi­si­niz? O ora get­di­yi­ni eti­raf et­di. Rus alim­lə­ri­nin ora get­mə­si yax­şı hal de­yil. Elə bil­mə­yin ki, biz bu hal­la­ra göz yu­mu­ruq. Xeyr. Bü­tün bey­nəl­xalq el­mi təd­bir­lər­də er­mə­ni­lə­rin və er­mə­ni­pə­rəstlə­rin ca­va­bı­nı ve­ri­rik".

Bo­ta­ni­ka İnsti­tu­tu­nun her­ba­ri şö­bə­si­nin mü­di­ri, apa­rı­cı el­mi iş­çi, əs­lən qa­ra­bağ­lı olan Pər­va­nə Qa­ra­xa­ni bi­zim­lə söh­bə­tin­də de­di ki, Qa­ra­bağ tə­bi­ə­ti­nə də­rin­dən bə­ləd­dir və Cı­dır dü­zü­nün flo­ra­sı tək­rar­sız­dır: "İnan­mı­ram ki, Şu­şa­nın əs­ra­rən­giz flo­ra­sı Azər­bay­ca­nın di­gər ye­rin­də ol­sun. Xü­su­sən də Top­xa­na me­şə­sin­də, Xan­kən­din­də, Cəb­ra­yı­lın bə­zi yük­sək­li­yin­də elə flo­ra növ­lə­ri var­dı ki, on­la­ra baş­qa yer­də rast gəl­mə­mi­şəm. Da­şal­tın­da gö­zəl bit­ki alə­mi var­dı. Hə­min əra­zi­də er­mə­ni­lər in­san­la­rı­mı­zı küt­lə­vi şə­kil­də qır­mış­dı. O in­san­lar­la bir­gə bit­ki­lər də "qət­lə" ye­ti­ril­miş­di. Ora­da elə re­lik bit­ki­lər var­dı ki, on­lar ta­rix­də (tə­bi­ət­də) bir da­ha ol­ma­ya­caq. Mə­nə be­lə gə­lir ki, ağac bit­ki­lə­ri­nin ha­mı­sı­nı er­mə­ni­lər məhv et­mə­yib. Bu da on­dan irə­li gə­lib ki, on­la­ra əli çat­ma­yıb. Şu­şa do­lay­la­rın­da elə bit­ki­lə­rə rast gəl­mi­şəm ki, on­lar heç yer­də yox­dur. Qa­ra­bağ­da olan na­dir və nəs­li kə­sil­mək­də olan bit­ki­lə­rin bir ço­xu üçün­cü dövr buz­laş­ma­dan qa­lıb. Bit­ki­nin han­sı­sa bir tor­paq­da qə­dim­li­yi ora­da ya­şa­yan xal­qın özü­nün qə­dim­li­yin­dən xə­bər ve­rir. Bit­ki­lər də bi­zim ta­ri­xi­miz­dir. Er­mə­ni­lər ona gö­rə on­la­ra sa­hib çı­xa bil­mir ki, on­la­rın bu bit­ki­lər­lə əla­qə­si yox­dur. Bi­zim na­dir, re­lik üzüm növ­lə­ri­miz var ki, on­lar baş­qa­la­rın­da yox­dur. Qa­ra­bağ tə­bi­ə­ti çox zən­gin­dir, dü­şü­nü­rəm ki, er­mə­ni­lər onu tam məhv edə bil­mə­yə­cək, dağ­lar­da, me­şə­lə­rin də­rin­lik­lə­rin­də özü­nü qo­ru­yub bi­zim­lə gö­rü­şə sax­la­yan flo­ra növ­lə­ri də, er­mə­ni tap­da­ğı­nı, ya­ğı nə­fə­si­ni, yad adam­la­rın hə­ni­ri­ni qə­bul et­mə­yib "in­ti­har edən" bit­ki­lər də ola­caq. On­lar er­mə­ni­lər­lə bir to­paq­da ya­şa­ma­ğı, nə­fəs al­ma­ğı öz qü­ru­ru­na sı­ğış­dır­ma­yan bit­ki­lər­dir. Qa­ra­bağ­da­kı flo­ra­mı­zı heç cür qo­ru­ya bil­mi­rik. Tor­paq­la­rı­mı­zı itir­mi­şik­sə, flo­ra­mı­zı ne­cə qo­ru­ya bi­lə­rik? Dü­şü­nü­rəm ki, heç on­lar da bi­zim bit­ki­lə­ri mü­ha­fi­zə et­mir". P.Qa­ra­xa­ni­nin de­di­yi­nə gö­rə, ba­rə­sin­də əf­sa­nə­lər do­la­şan Xa­rı bül­bül çi­çə­yi yal­nız Şu­şa­da - Cı­dır dü­zün­də bi­tir. Baş­qa böl­gə­lər­də rast gə­li­nən və Xa­rı bül­bül ol­du­ğu id­dia edi­lən çi­çək­lər isə Xa­rı bül­bü­lün özü yox, bən­zə­ri­dir.

AMEA-nın Nə­ba­tat Ba­ğı­nın di­rek­to­ru, AMEA-nın müx­bir üz­vü Oruc İbad­lı­nın söz­lə­ri­nə gö­rə də, iş­ğal al­tın­da olan Dağ­lıq Qa­ra­bağ­da, La­çın­da, Kəl­bə­cər­də bi­tən flo­ra növ­lə­ri er­mə­ni­lər tə­rə­fin­dən ta­ma­mi­lə məhv edi­lə bil­məz. Bu flo­ra növ­lə­ri­ni va­li­deyn tər­bi­yə­si gör­mə­yən uşaq­la mü­qa­yi­sə edən alim de­yir ki, on­la­rı həm to­xum­la­rı ilə, həm də so­ğan­la­rı ilə ar­tı­rı­la bi­lər: "O bit­ki­lə­rin məhv ola təh­lü­kə­si var, am­ma inan­mı­ram ki, on­lar ta­ma­mi­lə o tor­paq­dan si­li­nib get­sin".

Mü­tə­xəs­si­sin söz­lə­ri­nə gö­rə, o bit­ki­lə­rin ək­sə­riy­yə­ti Nə­ba­tat ba­ğın­da əki­lib be­cə­ri­lir. Oruc mü­əl­li­min de­di­yi­nə gö­rə, o, vax­ti­lə tor­paq­la­rı­mı­zı qa­rış-qa­rış gə­zə­rək na­dir və nəs­li kə­sil­mək­də olan bit­ki­lə­ri Nə­ba­tat ba­ğı­na top­la­yıb: "Xoş­bəxtlik­dən o bit­ki­lə­rin bir ço­xu Nə­ba­tat ba­ğın­da­dır. Biz on­lar üzə­rin­də təd­qi­qat iş­lə­ri apa­rı­rıq. İn­şal­lah, tor­paq­la­rı­mız iş­ğal­dan azad edil­dik­dən son­ra biz o bit­ki­lə­ri ye­ri­nə qay­ta­ra­ca­ğıq. Şərq çi­na­rı, Qu­lan­çar və ar­mud növ­lə­ri var ki, on­lar "Qır­mı­zı ki­ta­ba" dü­şüb. Qa­ra­bağ bit­ki­lə­ri­nin ge­no­fon­du­nu ha­zır­la­yı­rıq".

Eko­lo­gi­ya və Tə­bii Sər­vət­lər Na­zir­li­yi­nin na­dir və nəs­li kə­sil­mək­də olan flo­ra növ­lə­ri­nin mü­ha­fi­zə­si­nə, on­la­rın qay­ğı ilə əha­tə olu­na­raq ço­xal­dıl­ma­sı­na ça­lış­dı­ğı­nı de­yən alim­lə­rin söz­lə­ri­nə gö­rə, gə­lə­cək­də bu qu­rum iş­ğal­dan azad olu­nan tor­paq­la­rı­mız­da da ye­ni la­yi­hə­lər hə­ya­ta ke­çir­mə­yi nə­zər­də tu­tur.

Dağ­lıq Qa­ra­bağ­da, La­çın və Kəl­bə­cər­də bi­tən na­dir və nəs­li kə­sil­mək­də olan flo­ra növ­lə­ri haq­da, qı­sa da ol­sa, mə­lu­mat ver­dik. On­la­rın ta­le­yi ba­rə­də sə­hih mə­lu­ma­ta ma­lik ol­ma­dı­ğı­mız üçün xa­ti­rə­lə­ri və­rəq­lə­dik, il­lər əv­vəl çap olun­muş ədə­biy­ya­ta baş vur­duq, alim­lə­rin fi­kir­lə­ri­nə is­ti­nad et­dik.

Ya­zı Pre­zi­dent Ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nə Döv­lət Dəs­tə­yi Fon­du və Eko­lo­gi­ya və Tə­bii Sər­vət­lər Na­zir­li­yi­nin jur­na­listlər üçün ke­çir­di­yi bir­gə mü­sa­bi­qə­yə təq­dim edi­lir





Bu yazı 1112 dəfə oxunmuşdur.