Movzu: Əhalinin ekoloji maarifləndirilməsində Milli Parkların əhəmiyyəti
Azərbaycan təbiətində sirli məkanlar: milli parklar və onların rolu
Dünyanın istənilən nöqtəsində Qafqazdan, xüsusilə də Azərbaycandan söz düşəndə, ən çox danışılan mövzu onun təbiəti, yeraltı və yerüstü sərvətləri olur.
Bu, bəlkə də elə bütün digər ölkələrdən fərqli olaraq bu bölgəyə əbədi verilmiş xoşbəxtlikdir. Hansı ki, bu xoşbəxtliyi axıra qədər yaşamaq elə buranın insanlarının çiyninə düşür. Xüsusilə vətənimiz Azərbaycan Qafqaz və Kiçik Asiya, Qara dəniz və Xəzər dənizi regionunda qədim mədəniyyətə, Avropada ən zəngin bioloji müxtəlifliyə malik olan ölkələrdən biri olaraq fövqəladə əhəmiyyətli təbii irsə malikdir. Bu səbəbdən müstəqil Azərbaycanda ümumilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra bir çox sahə kimi, ətraf mühitin qorunması və bu sahədə layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmağa başladı. Heydər Əliyev Azərbaycanda ekoloji mühitin qorunmasına xüsusi diqqət yetirirdi. Bununla ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı aspektləri ilə məşğul olan və fəaliyyətlərində qismən biri-birini təkrarlayan Dövlət Ekologiya və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Komitəsi, "Azərmeşə" İstehsalat Birliyi, Geologiya Komitəsi, "Azərbalıq" Dövlət Konserni və Dövlət Hidrometeorologiya Komitəsi ləğv edilib, onların bazasında prezidentin 23 may 2001-ci il tarixli 485 saylı Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı.
Prezidenti İlham Əliyev də bu ənənəni davam etdirir. Ölkədə su təsərrüfatının genişləndirilməsi, ekoturizmin inkişafı və s. buna əyani misalır. Məhz bu ənənə çərçivəsində son 10 ildə Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı milli parkların və qorulqarın sayı artırılıb və onların fəaliyyəti təkmilləşdirilib. Burada bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi mühafizə olunan ərazilərin rolu əvəzedilməzdir. Məhz xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunub saxlanılmasına imkan yaranıb. Bu münasibətlə hazırda Azərbaycan ərazisində 8 Milli Park, 13 Dövlət Təbiət Qoruğu, 21 Dövlət Təbiət Yasaqlığı fəaliyyət göstərir. Hazırda milli parklar Azərbaycan ərazisinin 3 faizdən çoxunu təşkil edir. 2010-cu ilin Azərbaycanda "Ekologiya İli" élan olunması çərçivəsində yeni milli parkların salınması və olanlarının daha da təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atıldı.
Qafqazın 8 "gözəl"i haqqında
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bu gün ölkə təbiətini özündə mühafizə edən və onun dəyərini gözəlliyi ilə özünə cəlb etdiyi insanlara aşılayan milli parklarımız haqqında məlumat əldə etməyə çalışdıq. Belə ki, onlardan akademik Həsən Əliyev adına Ordubad Milli Parkı 2003-cü ilin 16 iyun tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisinin 12 min 131 hektarında yaradılıb. Ərazisinin çox hissəsi dağlıqdır. Ordubad Milli Parkı zəngin bioloji müxtəlifliyə malikdir. Burada Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmiş 58 (35 onurğalı və 23 həşərat) heyvan və 39 bitki növü var. Milli Parkın ərazisində nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərindən Asiya bəbirini, dağ qoyunu-muflonu, bezoar keçini, Avropa tüvüyünü, ağ quyruq dəniz qartalını, berkutu, bəzgəyi göstərmək olar.
Daha sonra prezidentin sərəncamı ilə 2003-cü ilin 5 iyul tarixində Qaradağ, Salyan, Neftçala rayonlarının inzibati ərazisinin 54 min 374 hektarında yaradılan Şirvan Milli Parkı yarımsəhra landşafta malikdir. Ərazinin 4000 hektarını su hövzəsi təşkil edir. Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir və qiymətli köçəri quşlar qışlayır və yuvalayır (turac, bəzgək, dovdaq, qu quşları və s.). Məməlilərdən ceyran faunanın əsasını təşkil edir.
Üçüncü "gözəl"in barəsində isə onu öyrəndik ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazilərində Ağ-göl dövlət təbiət qoruğu və Ağ-göl dövlət təbiət yasaqlığının bazasında 17 min 924 hektar ərazidə Ağ-göl Milli Parkı yaradılıb. 2003-cü il iyulun 5-də prezident onun yaradılması ilə bağlı xüsusi sərəncam imzalayıb.
Buranın ornitoloji faunası çox zəngindir. 140-dan çox quş növünə rast gəlmək olar, onlardan 89 növü bilavasitə yuva salan quşlardır. Məsələn, sultan toyuğu, ərsindimdik, qu quşları, fitçi və mərmər cürələr, bəzgək və s. Ağ-göl hətta YUNESKO-nun "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan Sulu-bataqlıq yerləri haqqında" Konvensiyasının siyahısına da daxil edilib.
Sırada Hirkandır. 2004-cü ilin fevral ayında prezidentin sərəncamı ilə Lənkəran və Astara rayonlarının inzibati ərazisində 21 min 435 hektar sahədə yaradılmış Hirkan Milli Parkında üçüncü dövrün qədim relikt və endemik bitki növləri qorunur. Həmçinin Azərbaycanda yayılan 435 ağac və kol növünün 150-si Hirkan meşələrindədir. Meşələrdə Azərbaycanın "Qırmızı kitabı"na düşmüş Hirkan şümşadı, dəmirağacı, şabalıdyarpaq palıd, Hirkan ənciri, Hirkan armudu, Xəzər lələyi, İpək akasiya, Qafqaz xurması, Hirkan bigəvəri, qızılağac və s., heyvan növlərindən bəbir, Talış qırqovulu, Hirkan arıquşu, qara leylək, berkut və s. var. Onu da deyim ki, Hirkan meşələrinin YUNESKO-nun Təbii və Mədəni İrs Siyahısına daxil edilməsi üçün elmi cəhətdən əsaslandırılmış sənədlər tərtib olunaraq, qurumun Katibliyinə təqdim edilib.
Növbəti "gözəl" Altıağac Milli Parkı 2004-cü ilin 31 avqust tarixində yenə ölkə başçısının sərəncamı ilə Xızı və Siyəzən rayonlarının inzibati ərazisinin 11035 hektarında yaradılıb. Milli Parkın ərazisinin 90,5%-ni enliyarpaq meşələr təşkil edir. Əsas ağac növləri palıd, Qafqaz vələsi, Şərq fıstığı, adi göyüş, ağcaqayın və s. təşkil edir. Ərazidə cüyür, ayı, qaban, vaşaq, yenot, tülkü, dovşan, dələ, canavar və s. heyvanlar məskunlaşıb.
Abşeron Milli Parkı da Azərbaycan Prezidentinin 2005-ci il 8 fevral tarixli 622 nömrəli sərəncamı ilə Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında Bakının Xəzər rayonunun inzibati ərazisinin 783 hektarlıq sahəsində yaradılıb. Abşeron Dövlət Təbiət Yasaqlığı özü 1969-cu ilin iyul ayında ərazidə məskunlaşmış ceyranın, Xəzər suitisinin və su quşlarının qorunub saxlanılması məqsədilə yaradılıb. Ərazidə yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Burada bitki örtüyünün növ tərkibi və fitokütləsi xeyli azdır, bitkilər ərazinin su və duzluluq rejiminə uyğun olaraq dəyişir. Dəniz sahilində qum bitkiləri (42,6 %), cığlıqamışlı və paz otlu çəmənliklər (13,2%), birillik şoran otları (5,2 %) və s. yayılıb. Efemerlər də erkən yazda nisbətən yaxşı inkişaf edir.
Sahdag Milli Parkı isə Azərbaycan Prezidentinin 2006-cı il 8 dekabr tarixli 1814 nomrəli Sərəncamı əsasənda yaradılıb. Ərazisi ilkin olaraq 115 min 895 hektar təskil edir ki, bundan İsmayıllı və Pirqulu Dovlət Təbiət Qoruqları 21014 hektar, Quba, Qusar, Ismayıllı, Qəbələ, Oguz və Samaxı rayonlarının inzibati ərazilərində olan dovlət mesə fondu torpaqları 81 min 797 hektar və həmin rayonların hududlarındakı yuksəkliklərdə yerləsən və istifadəsiz yaylaqlar 13 min 084 hektar təskil edir.
Sahdag Milli Parkının yaradılmasında məqsəd coxlu sayda endemik və nəsli kəsilməkdə olan novlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dag mesələri və yuksək daglıq ərazilərdə yerləsən otlaqlar ekosisteminin bərpası olub.
Azərbaycan təbiətinin keşiyində duran sonuncu "gözəli"miz Göygöl Milli Parkının yaradılması barədə də prezident İlham Əliyevin imzladığı sərəncam muhum əhəmiyyət kəsb edir. Sərəncama əsasən, olkəmizdə xususi muhafizə olunan təbiət əraziləri səbəkəsinin genisləndirilməsi, biomuxtəlifliyin qorunub saxlanılması, təbii resursların səmərəli istifadəsi, ekoturizmin inkisaf etdirilməsi məqsədi ilə Goygol dovlət qorugunun və Göygöl, Daskəsən, Goranboy rayonları inzibati ərazilərinin 12 min 755 hektarlıq sahəsində Goygol Milli Parkı yaradılıb. Göygöl Dovlət Təbiət Qorugu 1925-ci ildə Azərbaycanda yaradılmıs ilk qoruqdur. Buranın fusunkar təbiəti və təkrarolunmaz mənzərəsi dunyada məshurdur. Milli park statusunun verilməsi burada turizm infrastrukturunun inkisafına musbət təsir gostərəcək. Buranın əsas hissəsinin relyefi ucun dərin dərələr, uzun suayırıcıları, muxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazi muxtəlif cayların dərələri ilə xeyli parcalanıb. Ərazidə qısı quraq kecən soyuq iqlim və qısı quraq kecən mylayim-isti iqlim tipləri hakimdir.
Onlar gələnləri valeh edir, gedənlərin yadından çıxmır
Bu gün Azərbaycanda ətraf mühitin bu "gözəl"lərə böyük ehtiyacı onların ana təbiətimizdə oynadığı rolla əla kompensasiya olunur. İldən-ilə ölkəmizdə ekoturizmin inkişaf etdirilməsi, nadir fauna və flora növlərinin qorunub saxlanması milli parklara ehtiyacı birə-beş artırıb. Bu səbəbdəndir ki, vaxtaşırı yeni parklar salındıqca onların təbii zənginliyi də artırılır. Bunu əyani olaraq həmin milli parkların bir neçəsinə baş çəkərkən ora gələn yerli və xarici turistlərin timsalında şahid olduq. Məsələn, Şirvan Milli Parkında təsadüfən rastlaşdığımız Almaniya vətəndaşı Kai Qauger deyir ki, burada raslaşdığı bitki və heycan növləri onun diqqətini xüsusilə cəlb edib. O qeyd edir ki, Azərbaycana gələnə qədər təsəvvürünə gətirməzdi ki, burada bu qədər təbiət sakini ilə rasatlaşa bilər: "Burada ceyran, qunduz, çöl donuzu, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuq və s. ilə dəfələrlə rastlaşdım. Qoruq ərazisində oturaq və köçəri quşlar daha çoxdur. Quş növlərindən turac, bəzgək, dovdaq, qu quşu, boz qaz, qızıl qaz, Quba qazı, qızılbaş ördək, boz ördək, anqut, qaşqaldaq, böyük ağ vağ, kiçik ağ vağ, boz vağ, sarı vağ, bizquyruq ördək, enliburun ördək və s.-in məskən saldığı görünür. Bildiyimə görə, buradakı çəhrayı qutan, qara leylək, bəzgək, dovdaq, soltan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu kimi köçəri quşlar sizdə artıq "Qırmızı Kitab"a daxil edilib. Bir sözlə, bura gəlişim nəinki Azərbaycan, Qafqazın təbiəti haqqında təsəvvürlərimdə inqilab yaratdı" - deyə əcnəbi turist bildirdi.
Bir müddət əvvəl Hirkan Milli Parkında da Almaniyadan olan iki əcnəbi turistlə rastlaşdım. Verber Hans və Boelva Dons da Hirkandan ağız dolusu danışırdılar. Onlardan ixtisasca biologiya müəllimi olan V.Hans deyir ki, ərazidə hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fıstıq meşələri əvəz edir. "Milli Parkın meşələrində ayıdöşəyi, adını yerli sakinlərdən öyrəndiyim Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılıb. Bunlara mən Avropada rast gəlməmişəm. Eşitdiymə görə, bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib. Məndə olan məlumata görə, Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları da sizdə "Qırmızı Kitabı"a daxil edilib. Parkın heyvanat aləmi də zənginliyi ilə diqqət cəlb edir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. novlərə rast gəlmək olar" - deyə alman mütəxəssis bildirib.
Abşeron Milli Parkında rast gəldiyim ABŞ-dan olan turist Maykl Dans Azərbayacana etdiyi ilk səfərində ölkənin bir çox gəzməli yerlərində olduğunu və təbiətin zənginliyindən heyran olduğunu bildirdi. "Bu parkda isə məni daha çox heyvanat aləminin zəngin olması valeh etdi. Məsələn, quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, qırmızıbaş qaz, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s. heyvan növlərinə mən başqa ölkələrdə çox az halda rast gəlirəm. Ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar burda məskunlaşıb ki, bu da mənim üçün maraqlı olan canlılardır. Burada rastlaşdığım Xəzər suitisi isə çox maraqlı idi. Bu növ pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib" - deyə o açıqladı.
Ümumiyyətlə, gəzdiyim əksər milli parklarda insan axının kifayət qədər çoxluğu müşahidə olunurdu ki, hesab edirəm ki, bu da Ana təbiətə qarşı insanların düşüncəsində hansısa inqilabla nəticələnəcək.
![]()